TopXəbər

HƏMAS-ın daxili təhlükəsizlik aparatının rəhbəri öldürülüb

24 noyabr 2026, 16:47 · Mənbə: Report.az

HƏMAS-ın daxili təhlükəsizlik aparatının rəhbəri öldürülüb

İsrail Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidməti ("Şin-Bet") Qəzza zolağına zərbə endirib və HƏMAS hərəkatının daxili təhlükəsizlik aparatının rəhbəri Naim Əbu Naheli öldürüb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

İsrail Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidməti ("Şin-Bet") Qəzza zolağına zərbə endirib və HƏMAS hərəkatının daxili təhlükəsizlik aparatının rəhbəri Naim Əbu Naheli öldürüb.

"Report" İsrail mediasına istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında bildirilib.

"İsrail Müdafiə Ordusu HƏMAS-ın daxili təhlükəsizlik aparatının rəhbəri Naim Əbu Naheli öldürüb", - deyə bəyanatda qeyd olunub.

HƏMAS-ın Daxili İşlər Nazirliyinin bəyanatında 50 yaşlı Naim Əbu Nahelin İsrailin zərbəsi nəticəsində öldürüldüyü bildirilib.