Dieqo Simeone İspaniya çempionatında qələbə sayına görə rekord müəyyənləşdirib
23 noyabr 2026, 02:47 · Mənbə: Report.az

"Atletiko"nun baş məşqçisi, argentinalı Dieqo Simeone İspaniya futbol çempionatında baş məşqçi kimi qazandığı qələbələrin sayına görə rekord müəyyənləşdirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Atletiko"nun baş məşqçisi, argentinalı Dieqo Simeone İspaniya futbol çempionatında baş məşqçi kimi qazandığı qələbələrin sayına görə rekord müəyyənləşdirib.
"Report" xəbər verir ki, rekord La Liqanın XIII turunda səfərdə "Xetafe"yə qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan oyunda qeydə alınıb.
Bu qələbə Simeone üçün İspaniya çempionatında 345-ci olub.
Bundan əvvəl rekord 344 qələbə ilə "Atletiko", "Barselona" və digər İspaniya klublarının sabiq baş məşqçisi Luis Araqonesə məxsus idi. Simeone bu nəticəyə 567 oyunda, Araqones isə 756 matçda nail olub.
56 yaşlı mütəxəssis 2011-ci ildən Madrid təmsilçisinə rəhbərlik edir. Onun başçılığı altında "Atletiko" iki dəfə İspaniya çempionu (2014, 2021), ölkə kubokunun (2013) və Superkubokunun (2014) qalibi olub.
Komanda, həmçinin iki dəfə Avropa Liqasını (2012, 2018) və UEFA Superkubokunu (2012, 2018) qazanıb, iki dəfə isə Çempionlar Liqasının finalına yüksəlib (2014, 2016).
Oxşar xəbərlər


İdman
Azər Məmmədov: "Kəpəz" – "Qarabağ" oyunundakı heç-heçə ədalətli nəticə olub"
Report.az · 22 noyabr 2026, 19:47


İdman
"Kəpəz" - "Qarabağ" oyununda topa rəmzi toxunuş olub, matçı 16 minə yaxın azarkeş izləyir
Report.az · 22 noyabr 2026, 17:47