Ümumdünya Səhiyyə Təşkilatı Ebala epidemiyasının regional səviyyədə riskini yüksək qiymətləndirir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola virusunun QDR Kongo və Uqandadakı yayılmasının regional və milli səviyyədə yüksək riskə malik olduğunu bildirir. Qlobal səviyyədə isə risk daha aşağı qiymətləndirilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Çərşənbə günü bildirdi ki, Ebola epidemiyasının yayılma riski milli və regional səviyyələrdə yüksəkdir, lakin qlobal səviyyədə aşağıdır.
ÜST-nin Baş Direktoru Tedros Adhanom Qebreyesus bildirdi ki, Konqoda İturi və Şimali Kivu şimalı əyalətlərində 51 yoluxma faktı təsdiqlənib, lakin epidemiyanın həqiqi miqyasının bundan daha geniş olduğunu bilirik.
O əlavə etdi ki, Uqanda da paytaxt Kampaladan iki təsdiqlənmiş xəstəlik halı ÜST-yə bildirilib. "Təsdiqlənmiş hallar xaricində təxminən 600 şübhəli və 139 ehtimal olunan hal var," dedi. "Bu rəqəmlərin artacağı gözlənilir.”
ÜST-nin Təcili Komitəsi Cenevrədə keçirilən iclasda Ebola virusunun nadir Bundibugyo ştammının son yayılmasının beynəlxalq ictimaiyyət üçün səhiyyə fövqəladə vəziyyəti yaratdığını təsdiqlədi, lakin pandemiya vəziyyətini elan etmədi.
Tedros bu fövqəladə vəziyyəti həmin həftəsonu elan etdi və bildirdi ki, bu, birinci dəfə idi ki, ÜST rəhbəri vəziyyətin təcili olmasını əsas gətirərək öncə ekspert məsləhəti almadan qərar verdi.
ÜST Cümə axşamı günündən Bundibugyo virusunun Şərqi Konqoda yayıldığı miqyas və sürət barədə narahatlıq ifadə edib. Virus ilk ölümü qeydə alındıqdan sonra daha yayğın Ebola növü üçün keçirilən testlərin mənfi çıxması səbəbindən həftələrlə aşkarlanmayıb, deyə sağlamlıq mütəxəssisləri və yardım işçiləri açıqlayır.
Bundibugyo virusu üçün təsdiqlənmiş vaksin və dərman yoxdur.
Konqo Milli Biotibbi Tədqiqatlar İnstitutunun virus mütəxəssisi Jan-Jak Muyembe bildirdi ki, ABŞ və Böyük Britaniyadan fərqli Ebola növlərinə qarşı eksperimental vaksin göndərmələri gözlənilir. Vaksin İnfeksion Xəstəliklər üzrə Oksford Universitetində hazırlanıb.
"Biz vaksini vuracağıq və xəstəliyə yoluxanları izləyəcəyik," dedi o. Lakin mütəxəssislər belə tədbirlərin vaxt tələb etdiyini qeyd edirlər.
Ebala çox yoluxucu virusdur, qusma, qan və sperma kimi bədən mayeləri vasitəsilə yoluxa bilər. Yoluxma nadir, lakin ağır və çox zaman ölümcüldür. Əlamətlər arasında hərarət, baş ağrısı, əzələ ağrısı, halsızlıq, ishal, qusma, qarın ağrısı və izah edilə bilməyən qanaxma və ya şişkinlik var.
On ildən çox əvvəl baş vermiş epidemiyada 11 min nəfərdən çox insan ölüb və bir çoxu cənazə mərasimi zamanı cəsədləri yuyarkən yoluxub.
France 24
WHO says risk of global Ebola spread is low, but high at national, regional levels
Orijinal məqaləyə keç


