Türkiyənin may ayı cari hesab balansı 1,13 milyard dollar mənfi proqnozlaşdırılır
Türkiyənin may ayı cari hesab balansında 1,13 milyard dollar kəsir yaranacağı gözlənilir. İlin sonuna kimi kəsirin 52,26 milyard dollar səviyyəsinə çatacağı proqnozlaşdırılır.
Türkiyənin may ayı cari hesab balansı 1,13 milyard dollar kəsirlə nəticələnəcəyi gözlənilir. Bu məlumat AA Finansın iqtisadçılar arasında apardığı sorğudan əldə olunub.
Türkiyə Mərkəzi Bankı may ayının göstəricilərini 13 iyulda açıqlayacaq.
Sorğuda iştirak edən iqtisadçılar cari hesab üzrə may ayı defisitinin 280 milyon ilə 1,5 milyard dollar arasında olacağını proqnozlaşdırıblar.
İqtisadçılar ilin sonuna qədər cari hesab kəsirinin 52,26 milyard dollara çatacağını gözləyir. İllik proqnozlar 45 milyarddan 62,8 milyard dollara qədər dəyişib.
Ötən ay Türkiyənin cari hesab balansı 5,695 milyard dollar defisitlə bağlanıb. Son 12 ayın toplu cari hesab kəsiri isə 37 milyard dollar olub.
AA Finans Gözləntilər Sorğusuna 12 iqtisadçı qatılıb.
Hürriyet Daily News
May current account deficit seen at $1.13 billion
Orijinal məqaləyə keç


