UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası növbəti oyununu keçirəcək
13 oktyabr 2026, 09:47 · Mənbə: Report.az

"Sabah" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa bu gün çıxacaq.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa bu gün çıxacaq.
"Report"un məlumatına görə, Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektiv Bakıda Çexiya təmsilçisi "Slaviya"nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Əlincə stadionunda, saat 15:00-da start götürəcək. Matçın baş hakimi norveçli Marius Hansen Qrotta olacaq.
Xatırladaq ki, "Sabah"ın U-19 kollektivi I turda İngiltərədə "Mançester Yunayted"ə beş cavabsız qolla uduzub. "Slaviya" isə evdə "Lans"dan üstün olub - 2:1.
Oxşar xəbərlər


İdman
"Sabah" - "Borussiya" oyununun hakimi: 14 yaşında tribunadan meydana enən FIFA referisi
Report.az · 19 oktyabr 2026, 11:47

İdman
"Zirə"nin futbolçusu Elçin Əlicanov Premyer Liqada 100-cü oyununu keçirib
Report.az · 19 oktyabr 2026, 11:17

İdman
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb
Report.az · 19 oktyabr 2026, 10:47