Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb
19 oktyabr 2026, 10:47 · Mənbə: Report.az

Misli Premyer Liqasının VIII turunun matçlarını stadionlardan ümumilikdə 30 800 azarkeş izləyib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının VIII turunun matçlarını stadionlardan ümumilikdə 30 800 azarkeş izləyib.
"Report"un məlumatına görə, bu, cari mövsümün rekord göstəricisidir.
Ən çox tamaşaçı "Kəpəz" – "Zirə" (1:1) və "Qarabağ" – "Neftçi" (3:3) qarşılaşmalarında qeydə alınıb. Gəncə təmsilçisinin nominal ev oyununu 13 800, Azərbaycan derbisini isə 13 500 seyrçi izləyib.
Digər görüşlərdə nisbətən az azarkeş iştirak edib: "Şamaxı" – "Şəfa" (3:2) 1 200, "Sumqayıt" – "Araz-Naxçıvan" (2:1) 1 200, "Qəbələ" – "Sabah" (0:4) 750, "İmişli" – "Turan Tovuz" (1:0) 350 tamaşaçı.
Tur üzrə orta göstərici 5 133 nəfər təşkil edib.
Qeyd edək ki, bunadək rekord IV turda (24 512 azarkeş) qeydə alınmışdı.
Oxşar xəbərlər

İdman
"Borussiya" Bakı Olimpiya Stadionunda "Sabah"la oyunöncəsi son məşqinə çıxıb
Report.az · 19 oktyabr 2026, 18:47



İdman
"Sabah" - "Borussiya" oyununun hakimi: 14 yaşında tribunadan meydana enən FIFA referisi
Report.az · 19 oktyabr 2026, 11:47