Türkiyə meşə yanğınlarına qarşı dronlardan istifadə edir
Türkiyədə təcili xidmətlər meşə yanğınlarını vaxtından əvvəl aşkarlamaq üçün yeni texnologiya - dronlardan istifadə edir. Bu vasitə xilasetmə briqadalarının operativ müdaxiləsinə imkan yaradır.
Türkiyədə təcili yardım xidmətləri meşə yanğınlarının qarşısını almaq üçün dronlardan yararlanır. Bu texnologiya yanğınları ilkin mərhələdə aşkar etməyə, xilasetmə qruplarının daha sürətlə reaksiya göstərməsinə və görünməyən yanğınları müəyyən etməyə şərait yaradır. Məlumatı France 24 yayıb.



