Qarabağda heyvanların dabaq xəstəliyinə qarşı vaksinləmə tədbirlərinə başlanılıb
29 sentyabr 2026, 12:47 · Mənbə: Report.az

Ölkə ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri Qarabağ regionu üzrə davam etdirilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ölkə ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri Qarabağ regionu üzrə davam etdirilib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin mütəxəssisləri tərəfindən Ağcabədi rayonunun Təzəkənd kəndində iribuynuzlu və xırdabuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı peyvəndlənməsi həyata keçirilir.
Fotoqalereya
1 / 4Qarabağda heyvanların dabaq xəstəliyinə qarşı vaksinləmə tədbirlərinə başlanılıb
Peyvəndləmə tədbirlərinin əsas məqsədi kənd təsərrüfatı heyvanları arasında dabaq xəstəliyinin yayılmasının qarşısının alınması, heyvanların sağlamlığının qorunması və təsərrüfatlarda bioloji təhlükəsizliyin təmin edilməsidir.
Qeyd edilib ki, dabaq xəstəliyinə qarşı ölkə üzrə həyata keçirilən profilaktik peyvəndləmə tədbirləri ödənişsiz əsaslarla həyata keçirilir.
Oxşar xəbərlər

Dünya
Əthiopiyada Tigray münaqişəsi nəzarətdən çıxmaq təhlükəsi yaradır
France 24 · 6 oktyabr 2026, 18:17

Dünya
Aİ Ukraynanın üzvlüyünə hazırlıq işlərini sürətləndirir
Kyiv İndependent · 6 oktyabr 2026, 18:17

Dünya
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Report.az · 6 oktyabr 2026, 18:17

Dünya
İranda hicab tələbləri sosial təzyiqlərlə həyata keçirilir
Deutsche Welle · 6 oktyabr 2026, 18:18