Lavrov: Moskva və Vaşinqton arasında çox sayda ziddiyyət hələ də qalır
16 noyabr 2026, 20:17 · Mənbə: Report.az

Rusiya və ABŞ arasındakı ikitərəfli dialoqda çox sayda ziddiyyət hələ də qalır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya və ABŞ arasındakı ikitərəfli dialoqda çox sayda ziddiyyət hələ də qalır.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ administrasiyasındakı dəyişikliklərə baxmayaraq, Vaşinqton Rusiya şirkətlərinə qarşı sanksiyaların tətbiqini davam etdirir:
"Ziddiyyətlər kifayət qədərdir. Onlar indi artıq ABŞ Prezidenti Donald Trampın prezidentliyi dövründə "Lukoil" və "Rosneft"ə qarşı yeni sanksiyalar qəbul ediblər. Donald Trampın bunun "mənim yox, Baydenin müharibəsidir" deməsinə baxmayaraq, onlar Baydenin bütün sanksiyalarını uzadırlar".
Rusiya XİN rəhbəri həmçinin qeyd edib ki, bəzi müşahidəçilər Co Baydenin əvvəlki komandasının fonunda Tramp administrasiyasını müsbət qiymətləndirirlər, çünki hazırkı ABŞ hakimiyyəti müxtəlif tərəflərlə, o cümlədən Rusiya və İranla dialoqu saxlayır: "İranla müharibə aparırlar, amma danışırlar".
Oxşar xəbərlər


Dünya
Türkiyə COP31-də kompromisə nail olmaq üçün bütün imkanlardan istifadə edib
Report.az · 22 noyabr 2026, 22:17

Dünya
ABŞ vətəndaşları elektron sistemlərdə yeni nasazlıqlara hazır olmağa çağırılıb
Report.az · 22 noyabr 2026, 22:17

Dünya
Türkiyədə fond bazarındakı böhranla bağlı 600-dən çox şəxs şübhəli bilinir
Report.az · 22 noyabr 2026, 21:17