Konqresə Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə təqdim edilib
10 noyabr 2026, 00:47 · Mənbə: Report.az

Respublikaçı konqresmen Tomas Massi ABŞ Nümayəndələr Palatasına müdafiə naziri Pit Heqset barəsində impiçment prosedurunun başlanmasını nəzərdə tutan qətnamə təqdim edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Respublikaçı konqresmen Tomas Massi ABŞ Nümayəndələr Palatasına müdafiə naziri Pit Heqset barəsində impiçment prosedurunun başlanmasını nəzərdə tutan qətnamə təqdim edib.
"Report" xəbər verir ki, sənəd səkkiz maddədən ibarətdir və onlardan üçü İranla müharibəyə aiddir.
Massi Konqresin aşağı palatasında çıxışı zamanı sənəddən bəzi hissələri səsləndirib. Qətnamədə Heqsetin İrana qarşı müharibənin başlanması ilə bağlı "qanunsuz əmrləri bilərəkdən yerinə yetirdiyinə" görə vəzifəsindən kənarlaşdırılmalı olduğu bildirilir.
Konqresmen qeyd edib ki, bu addımlar Konqresin razılığı olmadan və İranın ABŞ üçün birbaşa təhlükə yaratmadığı şəraitdə atılıb.
Digər ittihamlar mülki əhalinin müdafiəsi qaydalarının pozulması, ABŞ-ın dəniz əməliyyatları zamanı narkotik qaçaqmalçılığında şübhəli bilinən şəxslərin məhkəməsiz öldürülməsi, söz azadlığının məhdudlaşdırılması və Venesuelada Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirakla bağlıdır. Qətnamə üzrə səsvermənin yaxın günlərdə keçirilməsi mümkündür.
Oxşar xəbərlər

Dünya
Azərbaycan cüdoçularının dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib
Report.az · 18 noyabr 2026, 15:17

Dünya
Fon der Lyayen: AK gələn həftə Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək
Report.az · 18 noyabr 2026, 14:47

Dünya
Azərbaycan ABŞ-nin aqrar texnika istehsalçısı ilə strateji tərəfdaş olacaq
Report.az · 18 noyabr 2026, 14:17

Dünya
Yaşar Güler: Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığı güclənir
Report.az · 18 noyabr 2026, 13:17