İranda COVID-19-a yoluxma artır
1 noyabr 2026, 16:47 · Mənbə: Report.az

İranda qrip və COVID-19-a yoluxma artır, ölüm halları qeydə alınır.
"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Tibb Elmləri Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Həmid Emadi Kuçək xəbərdarlıq edib.
E. Kuçək deyib ki, hazırda yayılan koronavirus alt ştammının ötürülmə və yoluxma sürəti əvvəlkilərdən qat-qat yüksəkdir, lakin bu növ koronavirusun səbəb olduğu ölüm göstəriciləri əvvəlki növlərə nisbətən daha azdır:
"Yayılmış viruslara, xüsusən də koronavirus və qripə yoluxmağın qarşısını almaq üçün yeganə təsirli və qabaqlayıcı yol, əlləri müntəzəm yumaq, izdihamlı mühitlərdə maskadan istifadə etmək və yaşlıların, eləcə də xroniki xəstəlikləri olan şəxslərin mümkün qədər sıx və izdihamlı yerlərdən çəkinməsi kimi fərdi gigiyena qaydalarına riayət etməkdir.
Mövcud məlumatlara əsasən, COVID-19 virusuna yoluxma hallarının əhəmiyyətli dərəcədə artması və kəskin yüksəlişi ilə üz-üzəyik".
Qeyd olunub ki, bir çox insan ailə üzvlərinin, xüsusən də uşaqların tənəffüs yolları infeksiyalarına yoluxduğunu bildirir.
Oxşar xəbərlər

Dünya
İtaliyanın keçmiş polis rəisi mafia ilə bağlı istintaq fonunda intihar edib
Report.az · 23 noyabr 2026, 01:47

Dünya
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
Report.az · 23 noyabr 2026, 01:17

Dünya
Kuşner: Tramp Ukraynaya NATO modelində təhlükəsizlik zəmanətlərini nəzərdən keçirə bilər
Report.az · 23 noyabr 2026, 00:17

Dünya
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
Report.az · 23 noyabr 2026, 00:17