TopXəbər

Paşinyan Aİ səfirləri ilə Ermənistanın yeni konstitusiya layihəsini və TRIPP-i müzakirə edib

23 noyabr 2026, 19:17 · Mənbə: Report.az

Paşinyan Aİ səfirləri ilə Ermənistanın yeni konstitusiya layihəsini və TRIPP-i müzakirə edib

Baş nazir Nikol Paşinyan Avropa İttifaqı (Aİ) ölkələrinin Ermənistanda akkreditə olunmuş səfirlərini qəbul edib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Baş nazir Nikol Paşinyan Avropa İttifaqı (Aİ) ölkələrinin Ermənistanda akkreditə olunmuş səfirlərini qəbul edib.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər viza rejiminin liberallaşdırılmasını, Aİ ilə əməkdaşlığın inkişafını və Ermənistan iqtisadiyyatının şaxələndirilməsini müzakirə ediblər. Paşinyan həmçinin Ermənistanın yeni konstitusiya layihəsi mövzusuna da toxunub.

Qeyd olunub ki, görüş iştirakçıları Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması nəticəsində yaranan regional əməkdaşlıq perspektivlərini, eləcə də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin praktiki mərhələsinin başlanmasını da nəzərdən keçiriblər.