Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 4 %-dən çox artıb
23 noyabr 2026, 16:17 · Mənbə: Report.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 124 milyon manat vəsait daxil olub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 124 milyon manat vəsait daxil olub.
"Report" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çoxdur.
10 ay ərzində qurum 49 hərrac keçirib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 980 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 477-si qeyri-yaşayış, 3 412-si torpaq sahələri üzrə olmaqla 3 889 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 6,8 % azdır. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 24,4 % çox - 48 milyon manat vəsait ödənilib.
Beləliklə, yanvar-oktyabr aylarında özəlləşdirmə və icarədən büdcəyə ümumilikdə 172 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 9,2 % çoxdur.
Oxşar xəbərlər

İqtisadiyyat
EBRD: İnvestisiya ehtiyaclarının konkret layihələrə çevrilməsinə dəstək veririk
Report.az · 23 noyabr 2026, 13:47

İqtisadiyyat
Read Qasımov: "Orta Dəhliz ətrafında iqtisadi fəaliyyətin genişləndirilməsi vacibdir"
Report.az · 23 noyabr 2026, 13:17

İqtisadiyyat
Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının dəyəri III rübdə kəskin artıb
Report.az · 23 noyabr 2026, 12:47

İqtisadiyyat
İtaliyanın dövlət agentliyi Azərbaycanda yeni layihələrin maliyyələşdirilməsində iştirak etməyə hazırdır
Report.az · 23 noyabr 2026, 11:47