TopXəbər

İtaliyanın keçmiş polis rəisi mafia ilə bağlı istintaq fonunda intihar edib

23 noyabr 2026, 01:47 · Mənbə: Report.az

İtaliyanın keçmiş polis rəisi mafia ilə bağlı istintaq fonunda intihar edib

İtaliyanın keçmiş polis rəisi Canni De Cennaro 78 yaşında, 1992-ci ildə Siciliya mafiyası tərəfindən hakim Paolo Borsellinonun qətlə yetirilməsi işi üzrə istintaqa mane olmaqda şübhəli bilinməsi fonunda intihar edib.

Yeniliklərdən dərhal xəbərdar olun!

İtaliyanın keçmiş polis rəisi Canni De Cennaro 78 yaşında, 1992-ci ildə Siciliya mafiyası tərəfindən hakim Paolo Borsellinonun qətlə yetirilməsi işi üzrə istintaqa mane olmaqda şübhəli bilinməsi fonunda intihar edib.

"Report" xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

De Cennaronun meyiti şənbə günü səhər Toskanadakı bağ evində aşkarlanıb. Yaxınları onunla əlaqə saxlaya bilmədikdən sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Qrosseto şəhərinin prokurorluğu intihara sövq etmə ehtimalı ilə bağlı cinayət işi açıb. Hazırda istintaq çərçivəsində şübhəli şəxs müəyyən edilməyib.

Bundan əvvəl De Cennaronun 1992-ci ildə Palermoda avtomobilin partladılması nəticəsində hakim Paolo Borsellinonun və onun beş mühafizəçisinin öldürülməsi ilə bağlı həqiqətlərin üzə çıxarılmasına mane olmaq cəhdləri üzrə istintaqa cəlb edildiyi məlum olub.

Prokurorluq keçmiş polis rəisinin ev dustaqlığına alınmasını tələb etsə də, məhkəmə bu vəsatəti təmin etməyib. İttiham tərəfi qərardan apellyasiya şikayəti verib. Şikayətə dekabrın 1-də baxılması gözlənilirdi.

İtaliya mediasının məlumatına görə, meyitin yaxınlığında qohumlarına ünvanlanmış vida məktubları, eləcə də istintaq çərçivəsində müdafiə üçün hazırlandığı ehtimal edilən sənədlər aşkarlanıb.

De Cennaro 2000–2007-ci illərdə İtaliya polisinin rəhbəri vəzifəsində çalışıb. O, Borsellinonun qətlinin araşdırılmasına mane olmaqda iştirakına dair ittihamları rədd edib.