"Level Leasing" səhmdarlarına dividend ödəyəcək
23 noyabr 2026, 19:17 · Mənbə: Report.az

Dekabrın 25-i saat 10:00-da "Level Leasing" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Dekabrın 25-i saat 10:00-da "Level Leasing" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Level Leasing"in 2025-ci il üzrə və 2026-cı ilin dekabr ayınadək olan dividendlərinin səhmdarlara verilməsi daxildir.
Xatırladaq ki, "Level Leasing" 2023-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,05 milyon manatdır. Şirkətin səhmləri "Hermes Finance" ASC (38 %), Zərifə Quliyeva (27,9 %), Nuranə Mehraliyeva-Rzayeva (27,9 %), Lalə Bədirova (6,19 %) və Mənzər Qarayevaya (0,01 %) məxsusdur. N.Mehraliyeva-Rzayeva həm də lizinq fəaliyyəti ilə məşğul olan "Hermes Finance"da 45 % pay sahibidir.
Oxşar xəbərlər

İqtisadiyyat
Azərbaycan Türkiyənin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulmasını dəstəkləyəcək
Report.az · 23 noyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 4 %-dən çox artıb
Report.az · 23 noyabr 2026, 16:17

İqtisadiyyat
EBRD: İnvestisiya ehtiyaclarının konkret layihələrə çevrilməsinə dəstək veririk
Report.az · 23 noyabr 2026, 13:47

İqtisadiyyat
Read Qasımov: "Orta Dəhliz ətrafında iqtisadi fəaliyyətin genişləndirilməsi vacibdir"
Report.az · 23 noyabr 2026, 13:17