TopXəbər

Türkmənistan və ABŞ siyasi-diplomatik dialoqu davam etdirmək niyyətindədir

23 noyabr 2026, 18:17 · Mənbə: Report.az

Türkmənistan və ABŞ siyasi-diplomatik dialoqu davam etdirmək niyyətindədir

Türkmənistan və ABŞ müntəzəm siyasi-diplomatik dialoqun davam etdirilməsində və ikitərəfli tərəfdaşlığın ardıcıl şəkildə möhkəmləndirilməsində maraqlı olduqlarını təsdiqləyib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Türkmənistan və ABŞ müntəzəm siyasi-diplomatik dialoqun davam etdirilməsində və ikitərəfli tərəfdaşlığın ardıcıl şəkildə möhkəmləndirilməsində maraqlı olduqlarını təsdiqləyib.

"Report" Türkmənistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu ölkənin xarici işlər naziri Rəşid Meredovla ABŞ dövlət katibinin müavini Kristofer Landau arasındakı görüşdə Türkmənistan-ABŞ əməkdaşlığı məsələləri müzakirə olunub.

Ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə, energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığa, həmçinin beynəlxalq nəqliyyat və enerji marşrutlarının şaxələndirilməsi imkanlarına xüsusi diqqət yetirilib. Bu kontekstdə tərəflər regional infrastruktur təşəbbüsləri və Transxəzər nəqliyyat əlaqələrinin inkişafı çərçivəsində qarşılıqlı fəaliyyət perspektivlərini nəzərdən keçiriblər.

Təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə ayrıca fikir mübadiləsi aparılıb.