Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
23 noyabr 2026, 19:47 · Mənbə: Report.az

Avropa Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya ilə danışıqlara hazırdır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya ilə danışıqlara hazırdır.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.
Merts vurğulayıb ki, Ukraynadakı vəziyyətin nizamlanması ilə yanaşı, Avropanın təhlükəsizliyi ilə bağlı daha geniş məsələlər də nəzərə alınmalıdır.
O, Polşanın hava məkanının bu yaxınlarda pozulmasını, həmçinin Baltik dənizindəki ayrıca insidenti pisləyərək baş verənlərə Finlandiyanın reaksiyasını qeyd edib.
"Polşa bizim tam həmrəyliyimizə arxalana bilər. Və lazım gələrsə, NATO, əlbəttə ki, müttəfiqlərin ərazisinin hər qarışını müdafiə edəcək", - kansler bəyan edib.
Baltik dənizindəki vəziyyətdən danışan Merts tərəflərdən heç birinin eskalasiyada maraqlı olmadığını, regionda sabitlik, təhlükəsizlik və gəmiçilik azadlığının təhlükə altına düşməməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, NATO daha güclü və daha avropayönümlü alyansın yaradılması üzərində işləyir.
"Biz bunu kimisə təhdid etmək üçün etmirik. Bunu azadlığımızı, təhlükəsizliyimizi və rifahımızı qorumaq üçün edirik", - Merts əlavə edib.
Oxşar xəbərlər

Dünya
Paşinyan Aİ səfirləri ilə Ermənistanın yeni konstitusiya layihəsini və TRIPP-i müzakirə edib
Report.az · 23 noyabr 2026, 19:17



Dünya
Türkmənistan və ABŞ siyasi-diplomatik dialoqu davam etdirmək niyyətindədir
Report.az · 23 noyabr 2026, 18:17