Gvineyada tullantı təpəsinin çökməsi azı 30 nəfərin ölümünə səbəb olub
Gvineyanın paytaxtı Konakridə ən böyük zibillikdə uçqun baş verib. Hadisə nəticəsində ən azı 30 nəfər vəfat edib, altı nəfər ağır yaralanıb.
Gvineyanın paytaxtı Konakridə ən böyük zibilxanada yerləşən dağlıq tullantı sahəsi uçub. Hökumətin açıqlamasına görə, qəza nəticəsində azı 30 nəfər ölüb.
Bessia rayonunun Dar-es-Salam məhəlləsində baş verən yer sürüşməsi saat 3-də (15:00 GMT) başlanıb. Güclü yağışlar zibilxananın torpaq altında qalmasına, yaxınlıqdakı düşərgələrin basılmasına səbəb olub. Hadisə zamanı altı nəfər ağır xəsarət alıb.
Hərbi Mühəndis Taburunun İctimai Təmizlik Məmuru leytenant-polkovnik Baldə Mamadu Baylonun sözlərinə görə, həmin ərazi bazar günü bağlanmalı idi.
Hadisənin baş verdiyi Dar-es-Salam qəsəbəsinin rəhbəri Lansin Siyla çoxsaylı itkilərdən narahat olduğunu deyib.
O, AFP-yə bildirib: “18 cəsəd çıxarılıb və morqa aparılıb.”
Gvineya ərazi idarəetmə naziri Cənabu Turə hadisə yerinə gedib. O, axtarış-xilasetmə tədbirlərinin başa çatmasını gözlədiyini və rəsmi ölüm sayını açıqlayacağını bildirib.
Hökumət uçqun təhlükəsi səbəbindən zibilxananın yaxınlığındakı insanların təxliyəsi və ərazidə təhlükəsizlik tədbirlərinin tətbiqi barədə göstəriş verib.
Hadisə ilə bağlı əlavə məlumat daxil olduqca təqdim ediləcək.



