Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
4 noyabr 2026, 18:47 · Mənbə: Report.az

Estoniya Azərbaycanla, ilk növbədə, energetika və təhsil sahələrində münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Estoniya Azərbaycanla, ilk növbədə, energetika və təhsil sahələrində münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır.
"Report" xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində Estoniya və Azərbaycan arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasında bildirib.
"Eyni zamanda, biz digər sahələrdə, ilk növbədə, energetika və təhsil sahələrində münasibətlərin daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar görürük", - XİN başçısı qeyd edib.
Onun sözlərinə görə, bir sıra Estoniya şirkətləri artıq Azərbaycanda əsasən rəqəmsal xidmətlərin işlənib hazırlanması sahəsində uğurla fəaliyyət göstərir. Ötən il Bakıya səfər etmiş və tərkibinə 20-yə yaxın şirkətin təmsilçisinin daxil olduğu nümayəndə heyəti də Azərbaycan bazarına olan marağı təsdiqləyib.
"Biz qarşılıqlı işgüzar əməkdaşlığın daha da genişləndirilməsi və şirkətlərimizin Azərbaycan bazarına çıxışının asanlaşdırılması üzərində fəal şəkildə işləyirik", - Tsahkna vurğulayıb.
Komissiyanın iclasında tərəflər mütəmadi görüşlər, sahibkarlar arasında təmaslar və təcrübə mübadiləsi vasitəsilə ticarət və kənd təsərrüfatı əlaqələrini möhkəmləndirməyə hazır olduqlarını təsdiqləyiblər.
Bundan başqa, iştirakçılar rəqəmsallaşma, innovasiyalar və texnologiyalar, o cümlədən süni intellektin tətbiqi sahələrində birgə təşəbbüsləri davam etdirməklə bağlı razılığa gəliblər.
Energetika sahəsində əməkdaşlığı müzakirə edən tərəflər Estoniya şirkətlərinin və investorlarının Azərbaycanın yaşıl enerjiyə keçid layihələrində iştirakının genişləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
Həmçinin Estoniyanın Azərbaycanda rəqəmsal həllərin inkişafına verdiyi töhfənin artırılması, mütəmadi ekspert mübadiləsinin aparılması, eləcə də iqlim, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Oxşar xəbərlər

Siyasət
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
Report.az · 23 noyabr 2026, 12:17


Siyasət
Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək
Report.az · 22 noyabr 2026, 20:47

Siyasət
Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır
Report.az · 22 noyabr 2026, 20:47