Britaniyalı nazir: Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Bakı ilə münasibətlərdə yeni fəsil açacaq
13 noyabr 2026, 20:17 · Mənbə: Report.az

Avropa Siyasi Birliyinin Dublində keçirilən sammiti çərçivəsində imzalanmış Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə iki ölkənin münasibətlərində yeni mühüm fəsil açır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Siyasi Birliyinin Dublində keçirilən sammiti çərçivəsində imzalanmış Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə iki ölkənin münasibətlərində yeni mühüm fəsil açır.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stüart Vud "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
"Avropa Siyasi Birliyinin Dublindəki sammitində razılaşdırılmış Böyük Britaniya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq ölkələrimizin münasibətlərində yeni mühüm fəslin başlanğıcını qoyur. O, regional sabitliyin və rifahın möhkəmlənməsinə kömək edir, eləcə də texnologiya, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün daha geniş imkanlar açır", - o yazıb.
Xatırladaq ki, noyabrın 12-də Azərbaycan və Böyük Britaniya Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem İrlandiyanın paytaxtı Dublində Avropa Siyasi Birliyinin 9-cu Sammiti çərçivəsində imzalayıblar.
Oxşar xəbərlər

Siyasət
Şamaxıda "Gənclik Yolunda" layihəsinin açılış mərasimi keçirilib
Report.az · 22 noyabr 2026, 15:46


Siyasət
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Report.az · 22 noyabr 2026, 13:17

Siyasət
Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb
Report.az · 22 noyabr 2026, 10:16