Böyük Britaniyada mütəşəkkil cinayətkarlıqla mübarizə əməliyyatında 17 nəfər saxlanılıb
29 sentyabr 2026, 13:15 · Mənbə: Report.az

Böyük Britaniyada çirkli pulların yuyulması, mühasibat hesabatlarının saxtalaşdırılması və vergilərdən yayınma ilə bağlı cinayətlər törətməkdə şübhəli bilinən 17 nəfər həbs edilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyada çirkli pulların yuyulması, mühasibat hesabatlarının saxtalaşdırılması və vergilərdən yayınma ilə bağlı cinayətlər törətməkdə şübhəli bilinən 17 nəfər həbs edilib.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya polisi məlumat verib.
Genişmiqyaslı əməliyyat təxminən 800 hüquq-mühafizə orqanları əməkdaşının və Maliyyə Tənzimləmə və Nəzarət İdarəsinin (FCA) iştirakı ilə həyata keçirilib.
"Aylarla davam edən araşdırmadan sonra FCA yeddi şirkətə qarşı tədbirlər görür və daha 30 şirkətlə bağlı araşdırma aparır", - polisin bəyanatında deyilir.
Çərşənbə axşamı səhər saatlarında Londonda, eləcə də Böyük Britaniyanın cənub-şərq və şərq bölgələrində evlərdə axtarışlar aparılıb. Polisin məlumatına görə, həbs olunanlar yüksək səviyyəli ciddi və mütəşəkkil cinayət fəaliyyətinə aidiyyəti olmaqda şübhəli bilinir.
FCA bildirib ki, hüquq-mühafizə orqanları ilə maliyyə tənzimləyicisinin birgə fəaliyyəti "maliyyə sistemimizi çirkli pulların yuyulması üçün sui-istifadə edən" qrupların fəaliyyətinin qarşısının alınması baxımından əhəmiyyətli rol oynayır.
Oxşar xəbərlər

Dünya
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib
Report.az · 20 oktyabr 2026, 07:46

Dünya
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Report.az · 20 oktyabr 2026, 07:17

Dünya
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Report.az · 20 oktyabr 2026, 06:47

Dünya
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Report.az · 20 oktyabr 2026, 06:17