Beş ulduzlu analitikdən AMD sərmayəçilərinə xəbərdarlıq
"Advanced Micro Devices" şirkətinin süni intellekt tələbi və məlumat mərkəzi genişlənməsi son yüksəlişin əsas səbəbləridir. Lakin William Blair analitiki Sebastyen Naji aksiyanın dəyərinin əhəmiyyətli hissəsinin artıq qiymətləndirildiyini bildirir. O, şirkətə "market perform" qiymətləndirməsi və 565 dollar ədalətli dəyər təklifi verib.
"Advanced Micro Devices" ("AMD") tərəfdarları Wall Street-in şirkətin süni intellektə olan tələbi, məlumat mərkəzi genişlənməsi və yol xəritəsinə artan etimadı nəzərə alaraq səhmin qiymətinin qalxmağa davam edəcəyini gözləyirdilər.
"Seeking Alpha"nın məlumatına görə, AMD son həftədə 5,6 faiz, ay ərzində 15 faiz və son altı ayda 169 faizlə bazarı üstələyib.
Lakin "TheFly.com"un xəbərinə əsasən, William Blair-in analitiki Sebastyen Naji mövqeyinə ehtiyatlı ton qatıb.
TipRanks-a görə, Naji beş ulduzlu analitkdir, o, Wall Street analitikləri arasında 12.372 nəfərdən 157-ci yerdədir. Onun uğur faizi 81 faiz, qiymətləndirmə başına orta gəliri isə 56,5 faiz təşkil edir.
Bu çağırış diqqətçəkəndir, çünki AMD-nin gəlirlərində artım, süni intellektlə bağlı tərəfdaşlıqların genişlənməsi və investorların şirkəti sürətlə böyüyən akselerator bazarında etibarlı rəqib kimi qiymətləndirməsi yaxşı xəbərlərdir. Lakin Naji-nin fikri bu asan yüksəliş hekayəsini bir qədər mürəkkəbləşdirir.
O, "Advanced Micro Devices"i "market perform" reytinqi ilə qiymətləndirərək, 565 dollar ədalətli dəyər təklif edib. Bu isə aksiyanın indiki səviyyədə artıq ədalətli qiymətə yaxınlaşdığını göstərir. Naji şirkətin süni intellekt sahəsindəki imkanlarının hələ böyük olduğunu qəbul edir, lakin hazırki qiymət səviyyələrinin yüksək olduğunu qeyd edir.
Şirkətin bazar dəyəri 902 milyard dolları keçib ki, bu da süni intellekt rəvayətinin bazar tərəfindən kifayət qədər qiymətləndirildiyini göstərir.