Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb
7 noyabr 2026, 10:48 · Mənbə: Report.az

Azərbaycan təmsilçisi Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatında qadınların fərdi proqramında finala vəsiqə qazanıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təmsilçisi Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatında qadınların fərdi proqramında finala vəsiqə qazanıb.
Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Milli komandanın üzvü batut gimnastikası üzrə yarışın yarımfinal mərhələsində 56.140 xal toplayaraq 6-cı yeri tutub və finaıda medallar uğrunda mübarizə aparmaq hüququ əldə edib.
Mahsudovanın uğurlu çıxışının diqqətçəkən məqamlarından biri Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Brayoni Peydci altı pillə qabaqlaması olub.
Kişilərin fərdi proqramında çıxış edən digər təmsilçimiz Maqsud Mahsudov isə yarımfinalda 37.850 xal toplayaraq yarışı 20-ci pillədə başa vurub.
Qeyd edək ki, Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda da uğurlu çıxış edərək finala yüksəliblər. Beləliklə, Selcan Mahsudova dünya çempionatında iki proqram üzrə medal qazanmaq uğrunda mübarizə aparacaq.
Dünya çempionatında Azərbaycan gimnastlarının çıxışları davam edir.
Oxşar xəbərlər

Dünya
ABŞ-nin onilliklər ərzində ilk dəfə yeni nüvə aviabombasının adı açıqlanıb
Report.az · 16 noyabr 2026, 22:47

Dünya
Ukraynanın ABŞ-dəkı səfirliyi "Starshield"ə girişin məhdudlaşdırıldığını təsdiqləyib
Report.az · 16 noyabr 2026, 22:47

Dünya
Sibiqa və Fidan Qara dənizdə deeskalasiya səylərini müzakirə ediblər
Report.az · 16 noyabr 2026, 21:47

Dünya
Aİ Mərkəzi Asiya, Qara dəniz regionu, Cənubi Qafqaz ilə dialoqun davam olunacağına ümid edir
Report.az · 16 noyabr 2026, 21:17