Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi bir sıra sənədlərə qoşulmayıb
13 noyabr 2026, 12:47 · Mənbə: Report.az

Sual: Dublində "Avropa Siyasi Birliyinin" 9-cu Zirvə toplantısı zamanı bir sıra ölkələr tərəfindən Avropa təhlükəsizliyi, miqrasiya və narkotik maddələrin dövriyyəsi ilə bağlı sənədlər qəbul edildiyi məlumdur. Azərbaycan Respublikasının sözügedən sənədlərlə bağlı mövqeyini öyrənmək istərdik.
Yeniliklərdən dərhal xəbərdar olun!
Sual: Dublində "Avropa Siyasi Birliyinin" 9-cu Zirvə toplantısı zamanı bir sıra ölkələr tərəfindən Avropa təhlükəsizliyi, miqrasiya və narkotik maddələrin dövriyyəsi ilə bağlı sənədlər qəbul edildiyi məlumdur. Azərbaycan Respublikasının sözügedən sənədlərlə bağlı mövqeyini öyrənmək istərdik.
Cavab: 12 noyabr tarixində Dublin şəhərində "Avropa Siyasi Birliyi" (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş "Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə", "Miqrasiya haqqında Bəyanata" və "Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına" bir sıra ölkələr qoşulub.
Məlumdur ki, EPC ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə etmək və iştirakçı ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb.
Oxşar xəbərlər


Siyasət
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib
Report.az · 21 noyabr 2026, 19:47

Siyasət
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Report.az · 21 noyabr 2026, 18:47
