Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq
21 noyabr 2026, 14:47 · Mənbə: Report.az

Oğuz rayonunun Top və Zərrab kəndlərinin yolları uzun müddətdir təmir olunmadığından yararsız vəziyyətə düşüb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Oğuz rayonunun Top və Zərrab kəndlərinin yolları uzun müddətdir təmir olunmadığından yararsız vəziyyətə düşüb.
Bu barədə "Report"un Şimal-qərb bürosuna həmin kəndlərin sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, ümumilikdə təxminən 900 nəfərin yaşadığı bu iki yaşayış məntəqəsinin əsas problemi Top və Zərrab kəndlərini birləşdirən yolun istifadəyə yararsız vəziyyətə düşməsidir. Sakinlər bildiriblər ki, 5 kilometr uzunluğunda olan yola asfalt örtüyü sonuncu dəfə ötən əsrin 90-cı illərində çəkilib. Zaman keçdikcə dağılan yolda yaranan müxtəlif ölçülü çalalar xüsusilə yağıntılı havalarda avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, nəqliyyat vasitələrinə də ciddi ziyan vurur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Oğuz rayonunun Top və Zərrab kəndlərinə gedən avtomobil yolunun əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib:
"Yolun əsaslı təmirinin investisiya proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, yolun mövcud vəziyyəti nəzərə alınaraq, ilin sonunadək ərazidə cari təmir işlərinin aparılması planlaşdırılır. Bu məqsədlə yolun zəruri hissələrində təmir-bərpa tədbirləri görüləcək".
Oxşar xəbərlər


Siyasət
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Report.az · 22 noyabr 2026, 13:17

Siyasət
Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb
Report.az · 22 noyabr 2026, 10:16
