TopXəbər

Antalya sahillərində 2 min illik keramika tapılıb

28 sentyabr 2026, 11:46 · Mənbə: Anadolu Ajansı

Antalya sahillərində 2 min illik keramika tapılıb

Antalya Adrasan sahillərində aparılan sualtı qazıntılar zamanı 2 min 100 illik keramika əsərləri aşkar edilərək antik dövrün zəngin sofra mədəniyyəti üzə çıxarılıb.

Anadolu Ajansı yazır ki, 2025-ci ildə Antalya Adrasan sahillərində başlanan sualtı qazıntılar zamanı 2 min 100 illik keramika yüklü gəmi batığından minlərlə əsər çıxarılıb.

Tapıntılar arasında 122 müxtəlif formaya və ölçüyə malik boşqab, kasa və səkkizdən ibarət lüks sofra dəstləri var. Bu qablar Arsuzun antik adı olan Rhosusda istehsal olunub və Roma dövründə məşhur siyasətçi Çiçeronun dostu Attikus üçün sifariş edilmişdi.

Keramika qablar taxta sandıqlara yüklənməzdən əvvəl aralarına qoyulan kil sayəsində yaxşı qorunub. Bu, əsərlərin minlərlə il boyunca sağlam qalmasına imkan verib.

Gəmidə həmçinin Egey dənizindəki bəzi adalarda istehsal olunmuş amforalar da tapılıb. Bu, yükün müxtəlif mənbə yerlərində hazırlandığını göstərir və gəminin ticarət şəbəkəsinin geniş olduğunu ortaya qoyur.

Antakya mənşəli, birinci əsrə aid sikkələr batığın zamanını müəyyən etməyə kömək edir. Gəminin Roma istiqamətində hərəkət edərkən fırtınaya düşdüyü və sığlığa çırpılaraq batdığı ehtimal edilir.

Sualtı arxeoloqlar robotların köməyi ilə qazıntı işlərini davam etdirirlər.