Amazon müştərilərin mübahisələrini arbitraj yolu ilə həll etmək istəyir
Amazon müştərilərə saytın şərtlərində dəyişiklik barədə xəbər verib. Yeni qaydalara əsasən mübahisələr arbitraj proseduru ilə həll olunacaq, istifadəçilər isə sinif iddiasından imtina etməlidirlər.
Cümə günü Amazon müştərilərinə saytın şərtlərinə edilən yenilik barədə e-poçt göndərilib. Ən önəmli məqam ondan ibarətdir ki, mübahisələr bundan sonra arbitraj yolu ilə həll olunacaq və istifadəçilər sinif iddiası hüququndan imtina etməlidirlər.
Amazon mübahisələrin "tez və effektiv" həlli kimi arbitraj mexanizmini təqdim edir. Amma müştərilər əksər hallarda hakimin və ya jüri heyətinin iştirak etməsi ilə məsələnin müzakirəsinə yol vermirlər. Onlar bəzi hallarda kiçik iddialar üzrə məhkəməyə müraciət edə bilərlər, lakin ödənişlər adətən bir neçə min dollarla məhdudlaşır.
Amazon-un müvafiq bölmələri hüquqi siyasət səhifəsində artıq belə yazılıb:
SİZ VƏ BİZ RAZILAŞIRIQ Kİ, AMAZON-UN HƏR HANSI XİDMƏTİNDƏN İSTİFADƏNİZƏ VƏ YA AMAZON TƏRƏFİNDƏN VƏ YA AMAZON.COM ÜZRƏ SATILAN HƏR HANSI MƏHSUL VƏ XİDMƏTƏ AİD HƏR HANSI MÜBAHİSƏ VƏ YA İDDİA MƏHKƏMƏDƏN DƏYİL, MÜTƏƏLİQ QANUNİ VƏ BAĞLAYICI ARBİTRAJLA HƏLL OLUNACAQ …
Kollektiv İddia Hüququndan İmtina. SİZ VƏ BİZ RAZILAŞIRIQ Kİ, HƏR HANSI ARBİTRAJ PROSESSİ YALNIZ FƏRDI BAZADA KEÇİRİLƏCƏK, KOLLEKTİV VƏ YA NÜMAYİNDƏLİK İDDİASI ŞƏKLİNDƏ DEYİL. Siz və biz yalnız arbitrajda fərdi yardım tələb edə və ala bilərik, ictimai məhdudlaşdırıcı yardım və ya nümayəndə kimi çıxış etdiyimiz hallarda iddialar və ya tələblər qadağandır.
Amazon 2021-ci ildə oxşar qaydaları ləğv etmişdi. O vaxt istifadəçilər Alexa və Echo dinamikləri ilə bağlı artan hüquqi problemlərlə üzləşirdi. Məhsulun geri qaytarılması və "Prime" üzvlüyü ilə bağlı sinif iddiaları da il ərzində müzakirə olunub. Bu tip məsələlərin məhkəməyə getməsinə yol verməkdənsə, Amazon yeni şərtlərlə daha böyük mübahisələri fərdi arbitraj dinləmələrindən fərqli olan kütləvi arbitraj yolu ilə həll etməyi planlaşdırır.
Lakin bu razılaşmanın məhkəmə qarşısında qüvvədə qalacağı şübhəlidir. İddiaçılar və vəkillər hələ də sinif iddiaları qaldıra bilərlər. Məhkəmə isə bu cür işlərin görülməsinə qərar verəcək.
The Verge
Amazon is trying to crush class-action suits before they get started
Orijinal məqaləyə keç


