ABŞ-li ekspertlərin Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr olunan kitabı təqdim edilib
3 noyabr 2026, 13:47 · Mənbə: Report.az

"Baku Book Center"də bu gün "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" (The War for Karabakh Strategy, Technology, and Victory) kitabının təqdimatı keçirilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Baku Book Center"də bu gün "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" (The War for Karabakh Strategy, Technology, and Victory) kitabının təqdimatı keçirilib.
"Report" xəbər verir ki, müəlliflər - Liam Kollinz (Liam Collins) və Con Spenser (John Spencer) kitabın hazırlanma prosesi, tədqiqatların əsas istiqamətləri və gəldikləri nəticələr barədə ətraflı məlumat veriblər.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinə həsr olunmuş kitab təxminən iki il ərzində hazırlanıb.
Nəşr Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr olunmuş ilk xarici genişmiqyaslı sistemli hərbi tədqiqatlardan biridir. Hərbi tədqiqatlar sahəsində ixtisaslaşan Uest-Poynt Hərbi Akademiyası mütəxəssislərinin tədqiqatda iştirakı işin elmi və analitik əhəmiyyətini daha da artırır.
Əsərdə Qarabağ münaqişəsinin tarixi kökləri və Birinci Qarabağ müharibəsindən başlayaraq Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi və sonrakı hərbi-siyasi proseslərlə bitən geniş bir tarixi dövr əhatə olunur. Kitabın ayrı-ayrı bölmələrində Azərbaycanın irimiqyaslı müharibəyə hazırlıq strategiyası (Grand Strategy), "Dəmir yumruq" əməliyyatı və 44 günlük Vətən müharibəsinin əsas mərhələləri, Azərbaycan Ordusunun Hadrut, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətlərindəki hərbi əməliyyatları, Şuşa uğrunda döyüşlər, eləcə də 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri təhlil edilib.
Kitabın ən diqqətçəkən məqamlarından biri Azərbaycanın qələbəsinin yalnız pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə bağlı olduğu barədə geniş yayılmış fikrin tənqidi təhlilidir.
Müəlliflər hesab edirlər ki, qələbənin arxasında daha geniş amillər kompleksi - milli güc, dövlət quruculuğu, iqtisadi inkişaf, düzgün hərbi planlaşdırma və müasir döyüş konsepsiyalarının mənimsənilməsi dayanır.
XƏBƏR YENİLƏNİR
Oxşar xəbərlər

Siyasət
Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik
Report.az · 21 noyabr 2026, 11:47

Siyasət
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə nasaz avtomobillə yola çıxmamağı tövsiyə edib
Report.az · 21 noyabr 2026, 10:47

Siyasət
Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib
Report.az · 21 noyabr 2026, 09:47

Siyasət
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
Report.az · 21 noyabr 2026, 08:17