ABŞ ilk dəfə modernləşdirilmiş F-15EX qırıcılarını xaricdə yerləşdirib
15 noyabr 2026, 16:47 · Mənbə: Report.az

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15EX qırıcıları Yaponiyanın Okinava adasındakı Kadena aviabazasına gətirilib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15EX qırıcıları Yaponiyanın Okinava adasındakı Kadena aviabazasına gətirilib.
"Report" xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası məlumat yayıb.
Bu, F-15EX tipli təyyarələrin ABŞ-dan kənarda yerləşən hərbi bazaya ilk dəfə dislokasiyasıdır. Vaşinqton yaxın bir neçə ildə Okinavaya ümumilikdə 36 belə qırıcı göndərməyi planlaşdırır.
Dördüncü nəsil qırıcılar 13,3 tonadək döyüş yükü daşıya bilir. Bu göstərici hazırda Yaponiyada yerləşən köhnə F-15 təyyarələrinin imkanlarından təxminən iki dəfə çoxdur və bəzi bombardmançıların daşıma qabiliyyəti ilə müqayisə olunur.
Oxşar xəbərlər


Dünya
ABŞ-də polis keçmiş xokkeyçi Niko Sakettini güllələyərək öldürüb
Report.az · 22 noyabr 2026, 16:46

Dünya
Qalibaf: ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb
Report.az · 22 noyabr 2026, 15:17
