TopXəbər

Bəhreyn DİN: İranın hücumu zamanı iki nəfər xəsarət alıb

22 noyabr 2026, 14:47 · Mənbə: Report.az

Bəhreyn DİN: İranın hücumu zamanı iki nəfər xəsarət alıb

Dünən İran tərəfindən Bəhreynə edilən hücum zamanı ən azı iki nəfər xəsarət alıb.

Yeniliklərdən dərhal xəbərdar olun!

Dünən İran tərəfindən Bəhreynə edilən hücum zamanı ən azı iki nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü krallığın Daxili İşlər Nazirliyi (DİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Dünən Bəhreynə edilən... İran hücumları nəticəsində əlilliyi olan ölkə vətəndaşı yaralanıb və vəziyyəti stabildir, həmçinin ölkədə yaşayan Pakistan vətəndaşı da xəsarət alıb. Onun vəziyyəti kritikdir. Hər ikisi xəstəxanada müalicə alır", - paylaşımda qeyd olunub.

Daha əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreynin Ər-Rifa və Avali şəhərlərindəki Amerika bazalarına zərbələr endirdiklərini bəyan edib. Lakin Bəhreyn DİN-in məlumatına görə, zərbə yanğın baş verən mülki sənaye obyektinə dəyib.