ABŞ FDA 26 ildən sonra ilk dəfə yeni günəşdən qoruyucu filtrini təsdiqlədi
FDA 26 ildən sonra ilk dəfə yeni günəşdən qoruyucu filtr olan Parsol Shield-i təsdiqləyib. Bu irəliləyiş ABŞ-dakı günəşdən qoruyucu məhsullarında uzun müddət davam edən durğunluqdan sonra baş verib.
ABŞ-da günəşdən qoruyucu vasitələrin keyfiyyəti məsələsi uzun illər qalmışdı. Bir neçə onillikdir ki, ölkədə yeni filtrlərin təsdiqlənməsində gecikmələr mövcuddur, bunun səbəbi isə FDA-nın uzun və bahalı heyvan sınaqları və təhlükəsizlik qiymətləndirmələridir. Nəticədə 1999-cu ildən sonra ABŞ-da yeni günəşdən qoruyucu filtr təsdiq edilməmişdi.
26 illik fasilədən sonra FDA son nesil günəşdən qoruyucu filtr olan Parsol Shield-i (bemotrizinol, BEMT) təsdiqləyib. Bu filtr Bioré UV kimi beynəlxalq markalarda istifadə olunur və yüksək fotostabillik, geniş spektrli qoruma ilə fərqlənir. Bundan əlavə, BEMT daha az konsentrasiyada daha effektiv qoruma təmin edir və istifadəçilərdə daha az qıcıqlanma yaradır.
DSM-Firmenich şirkətinin gözəllik və dəriyə qulluq elmi üzrə rəhbəri Carl D’Ruiz bildirir ki, bu təsdiq ABŞ-da günəşdən qoruyucu məhsullarda uzun müddət davam edən yenilik çatışmazlığına son qoyacaq. Şirkət FDA ilə sıx əməkdaşlıq edərək, filtrin sınaq və tələblərə uyğunluğunu təmin etmək üçün 8 milyon dollar xərcləyib. Ümumilikdə isə bu prosesin 20 milyon dolları ötəcəyi proqnozlaşdırılır.
Keçmişdə L’Oréal və digər şirkətlərin də modern filtr təqdim etmək cəhdləri FDA-nın mürəkkəb və bahalı tələbləri səbəbindən nəticəsiz qalmışdı. 2020-ci ilin CARES Aktı təsdiqləmə prosesini tələsdirsə də, heyvan və insan əsasında aparılan testlər və təhlükəsizlik şərtləri hələ də yüksək maliyyə yükü tələb edir.
Son olaraq, 2023-cü ilin yayında ABŞ Konqresi daha şəffaf və sürətli qiymətləndirmə üçün SAFE Sunscreen Standards Act qanununu qəbul edib. Bu qanun FDA-nın beynəlxalq təcrübə və qeyri-heyvan test metodlarını nəzərə alaraq, yeni filtr təsdiq prosesini asanlaşdırmasını tələb edir. Beləliklə, yaxın gələcəkdə Avropa və Asiya populyar günəşdən qoruyucu vasitələri ABŞ bazarına çıxmaq imkanı əldə edə bilər.



