Yaponiyanın üç böyük bankı mart 2027-dək yeni stabilkoin buraxmağı planlaşdırır
Yaponiyanın MUFG, Mizuho və Sumitomo Mitsui bankları birgə maliyyələşdirilən yeni stabilkoin layihəsini mart 2027-ci ilə qədər istifadəyə verməyi nəzərdə tutur. Stablkoin Yapon yeninə bağlı olacaq.
Yaponiyanın ən böyük üç bankı mart 2027-ci ilə qədər yeni stabilkoin buraxmaq üçün əməkdaşlıq edirlər.
Birgə bəyanata əsasən MUFG Bank, Mizuho Bank və Sumitomo Mitsui Bankı stabilkoini etibar müqaviləsi əsasında buraxacaqlar.
Banklar stabilkoinin birgə təsisçisi olacaq və o, Yapon yeninə bağlı olacaq.
Banklar birgə stabilkoin layihəsini keçən payızdan həyata keçirir, bir neçə bank qrupu tərəfindən stabilkoinin birgə idarə olunma formasını sınaqdan keçirirlər.
2023-cü ildə Yaponiyanın Maliyyə Xidmətləri Agentliyi layihəni rəsmən dəstəkləyib. Layihənin qanuni və uğurlu şəkildə reallaşmasının yoxlanmasına yönəldiyi bildirilib.
Bu təşəbbüs Yaponiyada stabilkoinlərin tənzimlənməsindən sonra artan marağı əks etdirir.
Qeyd etmək lazımdır ki, Yaponiyada oktaybr 2025-ci ildə JPYC şirkəti qanunla tanınan ilk yenə bağlı stabilkoini buraxıb.