Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
5 noyabr 2026, 00:47 · Mənbə: Report.az

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb.
"Report" TCH telekanalına istinadən xəbər verir ki, telefon danışığının əsas mövzusu noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşə hazırlıq olub.
Tərəflər, həmçinin Brüsseldə Ukrayna, ABŞ və Avropa texniki qrupları arasında aparılan məsləhətləşmələrin gedişini müzakirə ediblər.
Zelenski Ukraynanın enerji infrastrukturuna Rusiyanın hücumları məsələsini də xüsusi olaraq gündəmə gətirib. O bildirib ki, zərbələr nəticəsində ölkədə elektrik enerjisi təchizatı ilə bağlı vəziyyət mürəkkəb olaraq qalır. Ukrayna xidmətləri zədələnmiş obyektləri daim bərpa etməyə məcbur olsa da, Rusiya hücumlarını davam etdirir.
Ukrayna lideri ABŞ-də seçkilərlə əlaqədar, onun sözlərinə görə, yaranmış gərgin dövr başa çatdıqdan sonra Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə başa çatdırılması səylərinə daha çox diqqət ayıracağına ümid etdiyini bildirib.
"Ümid edirəm ki, sizin çətin dövrünüz artıq arxada qalıb. Ümid edirəm ki, siz Caredlə birlikdə sülh səylərinə diqqətinizi yönəldə biləcəksiniz", – deyə Zelenski vurğulayıb.
Oxşar xəbərlər


Dünya
Mənimsəmədə şübhəli bilinən Rusiyanın Murmansk vilayətinin qubernatoru saxlanılıb
Report.az · 23 noyabr 2026, 21:47

Dünya
Serbiyada müxalifət parlamentin heç bir komitəsinə rəhbərlik etməyəcək
Report.az · 23 noyabr 2026, 21:17

Dünya
Avropa Komissiyası rusiyalı hərbçilər və turistlər üçün viza qaydalarını sərtləşdirib
Report.az · 23 noyabr 2026, 20:47