TopXəbər

İvan Perişiç UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb

25 noyabr 2026, 10:17 · Mənbə: Report.az

İvan Perişiç UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb

Niderlandın PSV klubunun yarımmüdafiəçisi İvan Perişiç UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində penaltidən qol vuran ən yaşlı futbolçudur.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Niderlandın PSV klubunun yarımmüdafiəçisi İvan Perişiç UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində penaltidən qol vuran ən yaşlı futbolçudur.

"Report" "Opta"ya istinadən xəbər verir ki, oyunçu buna İspaniyada "Real"a qarşı keçirdikləri Liqa mərhələsinin V turunun matçında nail olub.

Xorvatiyalı futbolçu 37 yaş 295 günündə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Perişiç həm də ÇL-də "Real"la qarşılaşmada fərqlənən ən yaşlı oyunçu kimi də tarixə düşüb.

Xatırladaq ki, PSV sözügedən görüşdə rəqibinə 1:5 hesabı ilə uduzub.

İdman

"Real" qələbə seriyasını on matça çatdırıb

Report.az · 25 noyabr 2026, 05:47