Ülvi Mehdiyev Şahbaz Şəriflə "Pakistan ASAN xidmət" mərkəzinin genişləndirilməsini müzakirə edib
25 noyabr 2026, 11:47 · Mənbə: Report.az

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan hökumətinin dəvəti əsasında İslamabad şəhərində səfərdə olub.
Ülvi Mehdiyev Şahbaz Şəriflə "Pakistan ASAN xidmət" mərkəzinin genişləndirilməsini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan hökumətinin dəvəti əsasında İslamabad şəhərində səfərdə olub.
Bu barədə "Report"a agentlikdən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif nümayəndə heyətini qəbul edib və "Pakistan ASAN xidmət" mərkəzinin genişləndirilməsi ilə bağlı Hökumətin iclasını keçirib.
Görüş zamanı İslamabad şəhərində "Pakistan ASAN xidmət" mərkəzinin yaradılmasında və fəaliyyətinin uğurla təşkilində göstərilən davamlı dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ifadə olunub.
Fotoqalereya
1 / 3Ülvi Mehdiyev Şahbaz Şəriflə Pakistan ASAN xidmət mərkəzinin genişləndirilməsini müzakirə edib
Baş nazir mərkəzi mühüm təşəbbüs və əhaliyə xidmət göstərən böyük ictimai xidmət müəssisəsi kimi qiymətləndirib. Bu fəaliyyətin dövlət xidmətlərinin vahid məkanda təqdim olunmasında əsaslı dönüş yaradacağı vurğulanıb.
Pakistanda "ASAN xidmət" mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və ölkə üzrə genişləndirilməsi, eləcə də Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən aparılmış auditin nəticələri müzakirə olunub. Baş nazir audit hesabatında əks olunan təkmilləşdirmə istiqamətlərinin prioritet qaydada icrası ilə bağlı tapşırıqlar verib.
O, Azərbaycanın təcrübəsinə uyğun olaraq birbaşa ona tabe olan səlahiyyətli qurumun yaradılması ilə bağlı tapşırıq verib. Həmçinin "Pakistan ASAN xidmət" modelinin bölgələrdə tətbiqi və xidmət şəbəkəsinin genişləndirilməsi üçün əyalət hökumətləri ilə əməkdaşlığın gücləndirilməsi tapşırılıb.
Dövlət Agentliyinin sədri ilə Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri arasında görüş də keçirilib. Tərəflər "Pakistan ASAN xidmət" modelinin genişləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparıblar.
Oxşar xəbərlər

Siyasət
Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb
Report.az · 25 noyabr 2026, 11:47


Siyasət
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Report.az · 24 noyabr 2026, 22:47

Siyasət
Azərbaycan XİN rəhbəri: TRİPP layihəsinin qısa müddətdə icra edilməsini arzulayırıq
Report.az · 24 noyabr 2026, 19:17