AZAL "Sərfəli Cümə" kampaniyası elan edir
25 noyabr 2026, 09:17 · Mənbə: Report.az

"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Sərfəli Cümə" kampaniyasını elan edir.
AZAL "Sərfəli Cümə" kampaniyası elan edir
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Sərfəli Cümə" kampaniyasını elan edir.
"Report" AZAL-a istinadən xəbər verir ki, 25–30 noyabr 2026-cı il tarixlərində sərnişinlər seçilmiş beynəlxalq istiqamətlər üzrə ekonom və biznes siniflərində aviabiletləri 25 %-dək endirimlə əldə edə biləcəklər.
Həmçinin "AZAL Miles" müştəriləri mobil tətbiq üzərindən millərlə bilet aldıqda "BLUEFRIDAY" promokodu ilə 35%-dək endirim qazana bilərlər.
Dekabrda bayram ab-havasını başqa bir şəhərdə yaşamaq, qış mövzsümündə yaxınları ziyarət etmək və və ya yazın ilk səyahətini planlaşdırmaq istəyən sərnişinlər bu fürsətdən yararlana bilərlər.
Kampaniya aşağıdakı uçuş tarixlərini əhatə edir:
Endirim faizi uçuş istiqamətindən və seçilmiş tarifdən asılı olaraq dəyişir. Endirim yalnız aviabiletin tarif hissəsinə tətbiq olunur. Vergilər və digər yığımlar endirimə daxil deyil. Endirimli aviabiletlərin sayı məhduddur. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil olunmur.
Aviabiletləri azal.az saytından, AZAL-ın mobil tətbiqindən, həmçinin bilet kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
Oxşar xəbərlər


İqtisadiyyat
Azərbaycan-Monteneqro iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Report.az · 24 noyabr 2026, 20:47

İqtisadiyyat
EBRD gənc sahibkarları dəstəkləmək üçün Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirir
Report.az · 24 noyabr 2026, 19:47

İqtisadiyyat
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Report.az · 24 noyabr 2026, 17:47