TopXəbər

Yaponiya məktəbliləri arasında intihar halları artıb

25 noyabr 2026, 08:17 · Mənbə: Report.az

Yaponiya məktəbliləri arasında intihar halları artıb

Yaponiyada 2026-cı ilin on ayında məktəblilər arasında 490 intihar hadisəsi qeydə alınıb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Yaponiyada 2026-cı ilin on ayında məktəblilər arasında 490 intihar hadisəsi qeydə alınıb.

"Report" "Kyodo News"a istinadən xəbər verir ki, bunu Yaponiyanın Uşaq və Ailə Məsələləri Agentliyinin məlumatları göstərir.

Agentliyin statistikasına görə, ölənlər arasında 352-si orta məktəblərin yuxarı sinif şagirdi, 126-sı orta məktəb şagirdi və 12-si ibtidai sinif şagirdidir.

Yaponiya hakimiyyətinin ilkin hesablamalarına görə, 2026-cı ilin nəticələrinə görə, məktəblilər arasında intiharların sayı 2025-ci ildə intihar nəticəsində 538 şagirdin öldüyü tarixi maksimumu aşa bilər.

Eyni zamanda, Yaponiyada intiharların ümumi sayı azalmağa davam edir. Bu ilin yanvar-oktyabrında ölkədə 15 126 belə hal qeydə alınıb.