"Flydubai" dekabrın əvvəlində İsrailə reysləri bərpa edəcək
23 noyabr 2026, 22:17 · Mənbə: Report.az

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Flydubai" aviaşirkəti sentyabrın 30-da təyyarənin göyərtəsində baş verən insidentdən sonra İsraillə dayandırdığı hava əlaqəsini dekabrın əvvəlində bərpa etməyi planlaşdırır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Flydubai" aviaşirkəti sentyabrın 30-da təyyarənin göyərtəsində baş verən insidentdən sonra İsraillə dayandırdığı hava əlaqəsini dekabrın əvvəlində bərpa etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə İsrailin "12-ci kanal"ı məlumat yayıb.
Məlumata görə, uçuşların bərpası məsələsi noyabrın 23-də İsrailin Nəqliyyat Nazirliyində keçirilən müşavirədə müzakirə olunub. İlkin mərhələdə "Flydubai" həftədə 42-dək reys həyata keçirəcək. Bu, uçuşlar dayandırılana qədər olan göstəricidən azdır.
Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanının Təbuk hava limanına təcili eniş edib. Hadisəyə ikinci pilotun hava gəmisinin kapitanına hücum etməsi səbəb olub. Onların hər ikisi xəsarət alıb. BƏƏ hakimiyyət orqanları insidentin təfərrüatlarını araşdırmağa davam etdirir.
Oxşar xəbərlər

Dünya
Mənimsəmədə şübhəli bilinən Rusiyanın Murmansk vilayətinin qubernatoru saxlanılıb
Report.az · 23 noyabr 2026, 21:47

Dünya
Serbiyada müxalifət parlamentin heç bir komitəsinə rəhbərlik etməyəcək
Report.az · 23 noyabr 2026, 21:17

Dünya
Avropa Komissiyası rusiyalı hərbçilər və turistlər üçün viza qaydalarını sərtləşdirib
Report.az · 23 noyabr 2026, 20:47

Dünya
Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
Report.az · 23 noyabr 2026, 19:47