Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib
25 noyabr 2026, 10:17 · Mənbə: Report.az

Azərbaycan və Rusiya sənaye və ticarət sahələrində ikitərəfli əməkdaşlıq imkanlarını, o cümlədən iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Rusiya sənaye və ticarət sahələrində ikitərəfli əməkdaşlıq imkanlarını, o cümlədən iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib.
Bu barədə "Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Fotoqalereya
1 / 3Məlumata əsasən, bununla bağlı müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevlə Rusiyanın sənaye və ticarət nazirinin müavini Roman Çekuşov və Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri, Azərbaycanla Rusiyanın Tatarıstan Respublikası arasında birgə Hökumətlərarası Komissiyanın həmsədri Oleq Korobçenko arasında görüşdə aparılıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. Tərəflər qarşılıqlı ticarətin artırılması və iki ölkənin işgüzar dairələri arasında tərəfdaşlığın inkişaf etdirilməsi perspektivlərini dəyərləndiriblər.
Məlumata görə, iki ölkə arasında sənaye, o cümlədən maşınqayırma, emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə işbirliyinin genişləndirilməsi imkanları müzakirə edilib, birgə sənaye zonası üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

Biznes
Azərbaycanda kiçik sahibkarlara vergi güzəştinin tətbiqi şərtləri açıqlanıb
Report.az · 24 noyabr 2026, 15:47

Biznes
Azərbaycan İndoneziyaya qeyri-neft məhsullarının ixracının genişləndirilməsində maraqlıdır
Report.az · 24 noyabr 2026, 11:47

Biznes
Əsgər Ələkbərov: "Gənclərin biznes qurmasını dəstəkləyən islahatları davam etdiririk"
Report.az · 24 noyabr 2026, 09:17

Biznes
"Bloomberg": Huanq rəhbərliklə razılaşdırılmadan "Nvidia"ya qaytarılıb
Report.az · 24 noyabr 2026, 02:17