Zaqatalada sel təhlükəsi yaranıb, çaylara texnikalar cəlb olunub
3 oktyabr 2026, 16:15 · Mənbə: Report.az

Leysan yağışlar Zaqataladan axan çaylarda suyun səviyyəsini artırıb, əraziyə texnikalar cəlb olunub.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!

Leysan yağışlar Zaqataladan axan çaylarda suyun səviyyəsini artırıb, əraziyə texnikalar cəlb olunub.
Bu barədə "Report"un Şimal-qərb bürosuna Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 1-i və 2-də rayon ərazisinə yağan güclü yağışlar dağ çaylarında suyun səviyyəsini xeyli artırıb. Nəticədə çaylarda sel təhlükəsi yaranıb.
"Lakin bunun qarşısını almaq məqsədilə dünən axşam saatlarından etibarən ən çox təhlükə yaranan Talaçay, Muxaxçay, Bəkməzçay və Sabunçu çaylarında idarənin ağır texnikaları vasitəsilə məcra tənzimləmə və bənd bərkitmə işləri aparılır. Hazırda bu istiqamətdə işlər davam edir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər


Ölkə
Nərimanovda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Report.az · 5 oktyabr 2026, 23:45

Ölkə
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Report.az · 5 oktyabr 2026, 23:15
