TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır - Rəy
19 oktyabr 2026, 23:17 · Mənbə: Report.az

TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə uzunmüddətli perspektiv üçün səhiyyə islahatlarının daha uğurla həyata keçirilməsi, icbari tibbi sığorta paketlərini sayının artırılması, səhiyyə əlçatanlığının təmin olunması və yeni idarəetmə modelinin tətbiqi nəzərdə tutulur.
Yeniliklərdən dərhal xəbərdar olun!
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə uzunmüddətli perspektiv üçün səhiyyə islahatlarının daha uğurla həyata keçirilməsi, icbari tibbi sığorta paketlərini sayının artırılması, səhiyyə əlçatanlığının təmin olunması və yeni idarəetmə modelinin tətbiqi nəzərdə tutulur.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
O əlavə edib ki, yeni qərar səhiyyə sahəsində idarəçilikdə məsuliyyət bölgüsünü dəqiqləşdirir və mövcud imkanlardan daha optimal şəkildə faydalanmağa şərait yaradır: "Səhiyyə sektoru həm sosial siyasətin, həm də ölkənin ümumi tərəqqisinin əsas dayaqlarından biridir. Sağlam və möhkəm insan kapitalı güclü iqtisadiyyatın, əhalinin yüksək sosial rifahının və ölkənin uzunmüddətli inkişafının təminatçısıdır".
Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Həmçinin dövlət başçısının Sərəncamı ilə səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub.
Prezidentin digər Sərəncamları ilə TƏBİB-in icraçı direktoru Anar Bayramov vəzifəsindən azad edilərək səhiyyə naziri təyin edilib.
Oxşar xəbərlər



Dünya
Lazar Spasiç: "NTD-yə qarşı matçın ikinci hissəsində yaxşı oynamadıq"
Report.az · 19 oktyabr 2026, 22:17
