Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
19 oktyabr 2026, 21:18 · Mənbə: Report.az

İranın Hörmüz boğazı üzərində suverenliyini təmin etməkdən başqa alternativi yoxdur.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın Hörmüz boğazı üzərində suverenliyini təmin etməkdən başqa alternativi yoxdur.
"Report"un məlumatına görə, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Rusiyanın Baş naziri Mixail Mişustinlə Düşənbədə keçirilən görüşdə bildirib.
"İranın öz təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazı üzərində suverenliyini həyata keçirməkdən başqa seçimi yoxdur", – deyə Aref bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazında yaranmış hazırkı vəziyyətə görə məsuliyyət ABŞ-ın üzərinə düşür: "Sonda bunun müvafiq bədəlini Vaşinqton ödəməli olacaq".
Oxşar xəbərlər

Dünya
Lazar Spasiç: "NTD-yə qarşı matçın ikinci hissəsində yaxşı oynamadıq"
Report.az · 19 oktyabr 2026, 22:17


Dünya
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib
Report.az · 19 oktyabr 2026, 20:17

Dünya
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Report.az · 19 oktyabr 2026, 18:47