Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
18 oktyabr 2026, 12:46 · Mənbə: Report.az

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Masallı rayon sakini 1979-cu il təvəllüdlü Nəcəfov Nicat Şahbala oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində xəsarət alan Masallı rayon sakinləri - 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və 1970- ci il təvəllüdlü Müşfiq Mikayılov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, M. Mikayılov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər




Ölkə
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Report.az · 18 oktyabr 2026, 14:17