Daniel Svensson: "Sabah"la oyunda meydana qələbə üçün çıxacağıq"
19 oktyabr 2026, 19:47 · Mənbə: Report.az

Almaniya təmsilçisi "Borussiya" (Dortmund) "Sabah"la oyuna qələbə üçün çıxacaq.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya təmsilçisi "Borussiya" (Dortmund) "Sabah"la oyuna qələbə üçün çıxacaq.
"Report" xəbər verir ki, bunu Almaniya təmsilçisi "Borussiya"nın (Dortmund) futbolçusu Daniel Svensson UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
Müdafiəçi sabahkı matça qələbə qazanmaq üçün çıxacaqlarını bildirib:
"Baş məşqçimizin söylədiyi kimi görüşə ciddi hazırlaşmışıq. Rəqib komandanı təhlil etmək imkanımız olub. "Sabah"la bağlı məlumatları əldə etmişik. Bizə 3 xal lazımdır və meydana qələbə üçün çıxacağıq".
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Oxşar xəbərlər

İdman
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
Report.az · 19 oktyabr 2026, 20:17

İdman
"Borussiya" Bakı Olimpiya Stadionunda "Sabah"la oyunöncəsi son məşqinə çıxıb
Report.az · 19 oktyabr 2026, 18:47

