Azərbaycanın sağlamlıq turizmi "Kurort" QSC tərəfindən Özbəkistanda təbliğ edilib
19 oktyabr 2026, 19:17 · Mənbə: Report.az

Daşkənddə səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində bu ölkənin turizm şirkətlərinin 60-dan çox nümayəndəsi ilə görüş keçirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Daşkənddə səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində bu ölkənin turizm şirkətlərinin 60-dan çox nümayəndəsi ilə görüş keçirib.
Tədbirdə ölkəmizin zəngin təbii resurslarının, əlverişli iqliminin və füsunkar təbiətinin turistlər üçün cəlbedici olduğu vurğulanıb, sağlamlıq turizmi potensialı barədə ətraflı məlumat verilib.
Turizm şirkətlərinin nümayəndələrinə AHİK-in "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) və "Kurort" Turizm İnformasiya Mərkəzinin fəaliyyəti, Konfederasiyanın sağlamlıq və istirahət mərkəzlərinin infrastrukturu, müalicə və istirahət imkanları, eləcə də göstərilən xidmətlər barədə təqdimat keçirilib.
Özbəkistan Respublikasının Turizm Komitəsinin nümayəndəsi xanım Şaxloxan Soliyeva isə ölkəsinin turizm siyasətindən, turistlərin maraq göstərdiyi tarixi-mədəni abidələrindən bəhs edib, Azərbaycanla turizm əlaqələrinin inkişafı və birgə təşəbbüslərin həyata keçirilməsi üçün mövcud imkanları diqqətə çatdırıb.
Görüş çərçivəsində sağlamlıq turizmi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Oxşar xəbərlər

İqtisadiyyat
ARDNF daşınmaz əmlak fondlarına investisiyaları 7 %-dən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
ARDNF qızıl külçələrə investisiyaları 2 dəfədən çox artırıb
Report.az · 19 oktyabr 2026, 17:47

İqtisadiyyat
NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
Report.az · 19 oktyabr 2026, 17:17

İqtisadiyyat
Ağdərəyə qayıdan sakinlər telekommunikasiya xidmətləri ilə təmin ediliblər
Report.az · 19 oktyabr 2026, 16:47