Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
19 oktyabr 2026, 22:47 · Mənbə: Report.az

Oktyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arkadağ şəhərində yerləşən Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arkadağ şəhərində yerləşən Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.
"Report" xəbər verir ki, ziyarət zamanı Leyla Əliyevaya mərkəzdə uşaqların sağlamlığının qorunması, fiziki inkişafının dəstəklənməsi və reabilitasiyası istiqamətində həyata keçirilən layihə və xidmətlər barədə ətraflı məlumat verilib.
Fotoqalereya
1 / 4Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Mərkəzin masaj və oyun otaqları, habelə müasir reabilitasiya bölmələri ilə tanışlıq zamanı mərkəzin fəaliyyətinin beynəlxalq standartlara, tibb elminin son nailiyyətlərinə və müasir bərpa-müalicə avadanlıqlarına əsaslandığı qeyd olunub. Burada fiziki imkanları məhdud uşaqların tam reabilitasiyası və cəmiyyətə uğurlu inteqrasiyası üçün bütün zəruri şərait yaradılıb.
Xüsusi tərtibatla hazırlanan oyun otaqları isə uşaqların asudə vaxtlarının səmərəli təşkilinə, ünsiyyət bacarıqlarının formalaşmasına və psixoloji gərginliyin aradan qaldırılmasına xidmət edir. Yaradılan şərait uşaqların özlərini rahat və təhlükəsiz hiss etmələrinə, daxili potensiallarını üzə çıxarmalarına imkan verir.
Oxşar xəbərlər

Siyasət
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
Report.az · 19 oktyabr 2026, 22:47

Siyasət
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
Report.az · 19 oktyabr 2026, 22:17

Siyasət
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Report.az · 19 oktyabr 2026, 21:18
