Ukrayna qışa qaz ehtiyatı olmadan hazırlaşır
28 sentyabr 2026, 08:15 · Mənbə: News.ru

Ukraynanın yeraltı anbarlarında qaz ehtiyatı minimal səviyyədədir və Avropadan tədarük demək olar ki, dayandırılıb.
News.ru yazır ki, sentyabrın sonuna Ukraynanın yeraltı qaz anbarlarında təxminən 10,5 milyard kubmetr qaz yığılıb. Bu həcm minimal istilik mövsümünün keçirilməsi üçün lazım olan ehtiyatın 79,5 faizini, dekabrın 1-dək planlaşdırılan 14,6 milyard kubmetrlik səviyyənin isə 72 faizini təşkil edir.
Avropadan qaz tədarükləri qiymətlərin yüksək olması və Avropa ölkələrində qaz çatışmazlığı səbəbindən demək olar ki, dayandırılıb. Hazırda ehtiyatlar yalnız daxili hasilat hesabına artırılır, lakin bu miqdar qışa normal hazırlaşmaq üçün kifayət etmir.
Ən azı minimal səviyyəni saxlamaq üçün Ukraynanın təxminən 1 milyard dollar, planlaşdırılan limiti əldə etmək üçün isə 2,5 milyard dollar dəyərində qaz alışı etməsi lazımdır. Dövlət büdcəsinin ağır vəziyyətdə olması vəziyyəti daha da mürəkkəbləşdirir.
Rəsmi olaraq istilik mövsümü oktyabrın 15-də başlayacaq, lakin sosial obyektlər daha əvvəl isitməyə keçirilir. Buna görə də Ukrayna yaxın zamanda ehtiyatlardan istifadə etməyə məcbur olacaq, halbuki ehtiyatları lazımi səviyyəyə çatdırmaq mümkün olmayıb.
Avropa Komissiyası enerji böhranı səbəbindən Avropa İttifaqının üzv ölkələrindən qaz və elektrik enerjisi istehlakını zəruri qədər azaltmağı xahiş edib. Energetika üzrə Avropa Komissarı Dan Yorgensen bunun səmərəli vasitə ola biləcəyini bildirib.
Oxşar xəbərlər

Dünya
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
Report.az · 20 oktyabr 2026, 08:47

Dünya
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib
Report.az · 20 oktyabr 2026, 07:46

Dünya
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Report.az · 20 oktyabr 2026, 07:17

Dünya
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Report.az · 20 oktyabr 2026, 06:47