Məmmədbəyli kənd sakini: Zəngilanda bizim üçün təsəvvür etmədiyimiz qədər əla şərait yaradılıb
20 oktyabr 2026, 14:48 · Mənbə: Report.az

Zəngilana qayıdan sakinlər üçün onların təsəvvür etmədiyi qədər əla şərait yaradılıb.
Bunu "Report" un Zəngilana ezam olunan əməkdaşına açıqlamasında "Zəngilan günü" tədbirində iştirak edən rayonun Məmmədbəyli kənd sakini Esmira Babayeva deyib.
O, uzun illər davam etmiş məcburi köçkünlük həyatından sonra doğma yurdda yeni həyata başladıqlarını bildirib:
"Məmmədbəyli kənd sakiniyəm. Artıq köçkünlük illəri geridə qaldı, öz yurdumuza dönmüşük. Bizim üçün təsəvvür etmədiyimiz qədər əla şərait yaradılıb, kəndimiz yenidən bərpa edilib. Bu torpaqlarda yenidən sevinclə yaşamağımızdan ötrü canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Zəngilan Şəhəri Günü münasibətilə xalqımızı təbrik edirəm".
Oxşar xəbərlər

Siyasət
Həsən Həsənli: Azərbaycan artıq öz ehtiyaclarına uyğun kadr hazırlığını təşkil edir
Report.az · 20 oktyabr 2026, 10:47

Siyasət
Qərbi Azərbaycanın yaddaş yerləri: Əkərək kəndinin tarixi və taleyi
Report.az · 20 oktyabr 2026, 10:16

Siyasət
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Report.az · 20 oktyabr 2026, 01:47
