ABŞ-də sorğu: Əhalinin 33 faizi uğursuz edamın təkrarlanmasını müdafiə edir
20 oktyabr 2026, 15:19 · Mənbə: Report.az

Amerikalıların təxminən üçdə biri hesab edir ki, edam uğursuz olduqda, hakimiyyət orqanları ölüm hökmünü yenidən icra etməyə cəhd göstərməlidir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Amerikalıların təxminən üçdə biri hesab edir ki, edam uğursuz olduqda, hakimiyyət orqanları ölüm hökmünü yenidən icra etməyə cəhd göstərməlidir.
"Report" xəbər verir ki, bunu "Reuters" agentliyinin və "Ipsos" tədqiqat şirkətinin keçirdiyi sorğunun nəticələri təsdiqləyir.
Bununla yanaşı, sorğuda iştirak edənlərin 39 %-i hesab edir ki, uğursuz edam cəhdindən sonra ölüm hökmü ömürlük həbslə əvəz edilməlidir, 26 %-i isə cavab verməkdə çətinlik çəkib.
Sorğu sentyabr ayında Tennessi ştatında baş vermiş insidentdən sonra keçirilib. Belə ki, orada qətlə görə məhkum edilmiş 50 yaşlı Krista Payk ölümcül inyeksiya vasitəsilə ölüm hökmünün icra edilməsi üzrə iki cəhddən sonra sağ qalıb. "Reuters"in məlumatına görə, bundan sonra o, kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib və yalnız beş gün sonra özünə gəlib.
Respondentlərin 55 %-i 2017-ci ildəki 63 %-lə müqayisədə ən ağır cinayətlərə görə ölüm hökmünü ümumilikdə dəstəkləyir. Sorğuda iştirak edənlərin 31 %-i bu cəza tədbirinin əleyhinə çıxış edir, daha 13 %-i isə cavab verməkdə çətinlik çəkib.
Respondentlərin 71 %-i edamların televiziya və ya internetdə yayımlanmasını yolverilməz hesab edir. Bu mövqeyi həm demokratlar, həm də respublikaçılar arasında sorğuda iştirak edənlərin əksəriyyəti bölüşür.
Sorğu ABŞ boyunca onlayn qaydada dörd gün ərzində keçirilib və oktyabrın 19-da başa çatıb. Sorğuda 1 679 amerikalı iştirak edib.
Oxşar xəbərlər

Dünya
Ermənistan Rusiyadan pul köçürmələrinin yarıdan çoxunu itirə bilər
Report.az · 20 oktyabr 2026, 15:19

Dünya
Avropa İttifaqı Baltik dənizindən Qara dənizə qədər müşahidə və müdafiəni gücləndirir
Report.az · 20 oktyabr 2026, 13:47

Dünya
Superkubokun qalibi Fatimə Hüseynli: "Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır"
Report.az · 20 oktyabr 2026, 13:17

Dünya
Qazaxıstanda ali məktəblərə mina yerləşdirilməsi barədə təhdid məktubları daxil olub
Report.az · 20 oktyabr 2026, 12:17