TopXəbər

Türkiyədə sərt və yağışlı hava davam edəcək

29 sentyabr 2026, 13:45 · Mənbə: Anadolu Ajansı

Türkiyədə sərt və yağışlı hava davam edəcək

Meteorologiya idarəsinin məlumatına görə, Türkiyədə növbəti günlərdə hava şəraiti parçalı buludlu və yağışlı olacaq.

Anadolu Ajansı yazır ki, Türkiyədə 30 sentyabr - 6 oktyabr aralığında ümumi hava şəraitinin parçalı və buludlu olacağı proqnozlaşdırılır.

Marmara bölgəsinin Edirne istisna olmaqla digər hissələri, Egeyə, Aralıq dənizi, İç Anadolu, Qara dəniz və Malatya, Erzincan, Kars, Ardahan, Iğdır, Van, Qaziantep və Kilis ətrafında intensiv yağış və şimşəkli yağış gözlənilir.

Yağışların Marmaranın cənub və şərq hissələrində, Orta və Şərqi Qara dəniz sahillərində, Ardahan ətrafında və səhər saatlarında Kastamonu ilə Sinop yaxınlığında güclü olacağı gözlənilir.

Perşənbə günü Marmara, Aralıq dənizi, Qara dənizin qərb, şərq və orta sahilləri, Şərqi və Cənub-Şərqi Anadolu, Egey və İç Anadolunun bəzi şəhərlərində şimşəkli yağış müşahidə olunacaq.

Aralıq dənizində İsparta və Kahramanmaraş istisna olmaqla digər bölgələrdə, eləcə də Kırklareli, Karaman, Niğdə, Erzincan, Tunceli, Elazığ, Bingöl, Muş, Bitlis, Batman və Siirt ətrafında yağışlar bəzən güclü olacaq.

Cümə günü qeyd olunan bölgələrdə çoxsaylı yağış davam edəcək. Xüsusilə Kırklareli, Tekirdağ, Çanakkale daxili hissələrində, Balıkesir şimalı, İstanbul, Kocaeli və Adana yaxınlığında yağışlar güclü ola bilər.

Dünya

Pakistanlı general sabah Tehrana səfər edəcək

Report.az · 19 oktyabr 2026, 23:47